"Bəs, mən öz adımı hallandırırammı?" - Tünzalə
Tarix: 17-12-2019, 13:21




"Çox sağ olsun o insanlar, mənim adımı hallandırırlar. Bəs mən öz adımı hallandırırammı? Bu suala cavab vermək lazımdır. Ən azı bu dönəm üçün seçkilərdə iştirak etməyi fikirləşmirəm".
 
Primetime.az xəbər verir ki, bu sözləri yenicə Xalq artisti adına layiq görülən Tünzalə Ağayeva deyib. Sənətçi fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində özünün və hər hansı incəsənət nümayəndəsinin deputat olmasına bu cür münasibət bildirib:
 
"Bütün namizədlərə uğurlar arzu edirəm. Və bir şey arzulayıram ki, dövlətimiz layiq olanları qazansın. Qazanan dövlət, vətən, millət olsun. Bu yolda səlahiyyət daşıyan insanlar nə qədər bu işə könül qoyacaqlar, o zaman əsl vətən sevgisi ilə yanacaqlar. İki tip insan var, şəxsi mənafe və vətənin, millətin, dövlətə marağı olanlar. Vətən, millət, dövlət adından çıxış edən insanların həm yanındayam, həm də onları alqışlayıram".

Paylaş: