"Buna bir gecə üçün 3 min verməyə dəyməz" - Nazilə Səfərli
Tarix: 17-12-2019, 13:01




Şairə Nazilə Səfərli SPACE TV- də yayımlanan "Onda başladıq" verilişində qonaq olub.
BiG.AZ xəbər verir ki, verilişdə yeni il bayramını necə keçirənlərdən söhbət düşüb.

Nazilə Səfərli bildirib ki, bu gün maaşı bir az artıq olanlar evində bayram keçirmir.

" Çox qəribədi bu gün biraz artıq maaş alan insan evində bayram keçirmir. Bu dəqiqə Şahdağ, Qəbələ, Quba otellərində boş yer tapa bilməzsiniz. Orda bayram keçirmək adam başına 1200-3000 arası manata başa gəlir. Amma biz görmüşük ki, bayram axşamın adam evində keçirər, qazan asar, evinin işiğını yandırar. Mən belə düşünurəm ki, bir gecə üçün 3000 manat verməyə dəyməz".

Paylaş: