Əməkdar artistlər arasında EV QALMAQALI
Tarix: 17-12-2019, 11:25




Əməkdar artistlər Elnarə Abdullayeva və Ruhəngiz Allahverdiyeva arasında qalmaqal olub.
Lent.az -ın məlumatına görə, E.Abdullayevanın “5/5” verilişində söylədiyi “İnsanın vicdanı, qeyrəti olar. Adam dövlətinə, xalqına yük olmaz. Qoy, dövlətimiz şikəstimizin, imkansızımızın, Qarabağ əlilimizin dərdini çəksin. Bunlar onsuz da dövlətimizə bir yükdür. Bu gün mən qazandığım halda dövlətimə yük olmaq istəyirəmsə, Allah mənə qənim olsun!” sözləri R.Allahverdiyevanın ürəyincə olmayıb. O, “Hər şey daxil” verilişində bu sözləri deyib:
“Dövlətin bizə borcu yoxdur. Sənətinə, özünə hörmətim var. Sözlərini çox pis ifadə etdi. Elə dedi ki, biz yolçu kimi göründük. Paltarlarım sənət əsərimdir. Mən müğənniyəm. 56 kvadartlıq evdə yaşayıram. Yaradıcı insanam, yatmalıyam, istirahət etməliyəm. Düz demədi, bəli, bizim ehtiyacımız var. Hər şey göz qabağındadır. Qoy, gəlsinlər yoxlasınlar. Mən müğənni olmasaydım, heç ehtiyac da duymazdım. Çünki yaratmalıyam. İndi deyəcəklər, bu yaşda nə yaratmalısan? Oğlum da deyir ki, evlənmək istəyirəm. Heç kimlə dava etmirəm və qəlbinə də dəymək istəmirəm. Hər şeyi də mədəniyyət və qabiliyyətlə həll etmək lazımdır”.
E.Abdullayeva isə telefonla canlı efirə bağlanaraq yanlış anlaşıldığını söyləyib:
“Zaur proqramda mənə dedi ki, bir çox sənətçilər evlərini gizlədirlər, heç kimə göstərmirlər. Mən də söylədim ki, cavan vaxtımda dövlətimə yük olacağamsa, məni Allah öldürsün. Əgər qocalacağamsa, dövlətim mənə baxsın. Nə qədər ki, cavanam dövlətimə yük olmaq istəmirəm. Söylədiklərimi yaşlı nəslin sənətkarlarına şamil etməmişəm. Məndən də cavan sənətçilər var ki, artıq dövlətdən ev alıblar. Deməmişəm ki, evləri cavanlara versinlər. Əslində, danışdıqlarımla yaşlı nəslin nümayəndələri üçün yol açmışam. Elə danışırsız ki, guya şəxsi qərəzliklə deyirəm ki, sənətkarlara ev verməsinlər. Nə vaxt yaşlı sənətçilərə ev verdilər, buna etiraz etdim? Qətiyyən belə deyil. Bu cür danışmaq olmaz. Bu dəqiqə proqramda olan qonaqlar evimi görsələr, qaldığım evdə heç vaxt yaşamazlar. Mən deyirəm ki, evi olmayana, ehtiyacı olanlara ev versinlər. Mən cavanam, Allah mənə hələ bunu qismət etməsin. Dövlətimə belə xidmət edirəm”.

https://ok.ru/video/1513189477090​​​

Paylaş: