“Könül Kərimovanı xalq müğənni kimi tanımayanda...” – Baloğlan Əşrəfov
Tarix: 28-09-2017, 12:59


ARB telekanalında yayımlanan "Səhər səhər" verilişinə qonaq olan əməkdar artist Baloğlan Əşrəfov müğənni Könül Kərimova haqda danışıb. Belə ki, bir müddət öncə sözügedən proqramın qonağı olan K.Kərimova duet ifa etdiyi həmkarlarının sırasına B.Əşrəfovu əlavə etməyib. Bundan narazı olan əməkdar artist Könül Kərimovanın tanınmağında onun əməyinin olduğunu bildirib: "Sizin verilişi izləyirdim. Qonağınız Könül Kərimova idi. Ona sual verdiniz ki, kiminlə duet oxumusunuz. Könül Kərimovanı xalq müğənni kimi tanımayanda mənimlə el şənliklərində çıxış edib. Hətta konsertə də çıxartmışam.Televiziya efirlərində duet ifa etmişik. Yəqin ki, unudub. Özü bilər. Azərbaycanda 90% xanım ifaçılarla duetlərim olub. Heç istəmirəm adımı çəksinlər. Mən duetə çox ciddi yanaşıram. Bir zamanlar kimlə duet oxuyurdumsa deyirdilər ki, bunlar eşq yaşayırlar".


Paylaş: