Nura ilə Xatun küsülülüyə son verdi
Tarix: 17-12-2019, 10:09

Nura ilə Xatun küsülülüyə son verdi

Müğənnilər Nura Suri və Xatun Əliyeva barışıb.
Open.az xəbər verir ki, onların barışdığı anların videosu “Show news” səhifəsində yayımlanıb.
Birlikdə “Söhbət var” verilişinin çəkilişinə qatılan sənətçilər bildirib ki, dava səbəbləri yadlarında deyil.
Qeyd edək ki, Xatun Əliyevanın Nura haqda “Çox danışır, səsi başıma düşür. Bir az mahnı oxusun, hit olsun ən azından kim olursa olsun, "sağ göstərib, sol vuraram" kimi olsun. Əslində öz işi ilə məşğul olsa yaxşıdı. Sənəti olmaya-olmaya ona buna söz atmaqdansa, yeni mahnı oxusun, bizi sevindirsin" açıqlaması, iki məşhur arasında qalmaqala səbəb olmuşdu. Nura və Xatun 1 ildən çoxdur küsülü idilər.

Paylaş: