SSRİ Xalq artistinin Əməkdar artist olan qızı vəfat edib
Tarix: 13-12-2019, 15:29

SSRİ Xalq artistinin Əməkdar artist olan qızı vəfat edib-FOTO

Rusiyanın görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti Lev Durovun qızı, Rusiyanın Əməkdar artisti Yekatrina Durova vəfat edib.
Open.az xəbər verir ki, bu barədə məlumatı Əməkdar artistin çalışdığı Maloy Bronnoy Teatrından yayıblar.
60 yaşlı aktrisa uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək i, 1959-cu il iyulun 25-də məşhur aktyor Lev Durovun ailəsində anadan olan gələcəyin aktrisası, Lunaçarski adına QİTİS-i bitirib. 1980-1984-cü illərdə Taqanka Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. 1984-cü ildən sonra isə Maloy Bronnoy Teatrında çalışıb.
Yekatrina Durova teatrla yanaşı kinoda və son illər Rusiya televiziyalarında nümayiş olunan seriallarda da rol alıb.




SSRİ Xalq artistinin Əməkdar artist olan qızı vəfat edib-FOTO

Paylaş: