İllərdi yoxa çıxan müğənni canlı efirdə: ""dublyonka" ilə yatırdıq"
Tarix: 13-12-2019, 09:29



Azərbaycanlı müğənni Yaqut Babayeva 20 ildən sonra yenidən fəaliyyətini bərpa edib. Lent.az -ın məlumatına görə, ifaçı “Şou ATV” verilişində sənətdən getməsinin səbəblərindən danışıb:

"Bu sənətdə çox əmək qoymuşuq. Cılız söhbətdir, danışmaq istəmirəm. Amma söz gəlib, demək istəyirəm. Çox əmək qoydum bu sənətdə, ancaq əməyə qiymət verilməyib.

İndi bu dəqiqə otellər var. İsti otellər, “kombilər”... Bizim vaxtımızda otellərdə ac qalırdıq, dublyonka ilə yatırdıq. Kolxozçuların, səngərlərdə hərbiçilərin qarşısında konsert vermişik. O boyda əmək qoymuşuq. Ancaq qiymət verilmədi, biz də küsüb çəkilmişik kənara”.



Paylaş: