Yeni radio kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulu başa çatıb, 5 iddiaçı var
Tarix: 12-12-2019, 18:01




Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadovun APA-ya verdiyi məlumata görə, “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “TV-Media Azerbaijan” MMC, “İns ÇM” MMC, “Balans Studiyası” MMC (“ANS ÇM”) və “OMD Azerbaijan” MMC müsabiqəyə sənədlərini təqdim ediblər.
Şöbə müdiri qeyd edib ki, müsabiqənin nəticələrinə teleradio yayımı sahəsində qanunvericiliyin tələbinə əsasən MTRŞ-nin iclasında baxılacaq.
Xatırladaq ki, MTRŞ ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə müsabiqə elan edib. 

Paylaş: