Lotereyada cek-pot uddu, hamının hesabını ödədi – Məşhur müğənnidən SÜRPRİZ
Tarix: 12-12-2019, 17:15



Lotereyada külli miqdarda pul udan müğənni ətrafdakıları da sevincinə şərik edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Si-Si təxəllüslü amerikalı məşhur müğənni Sia Kate İsobelle Furler Kaliforniyadakı supermarketdə alıcılara böyük jest edib.
Müğənni Şükranlıq günündə alış-veriş etmiş bütün alıcıların hesabını ödəməklə, onları xeyli sevindirib.
Marketdəki alıcılardan biri Si-Sini tanıyaraq, həmin kadrları sosial şəbəkədə bu qeydlərlə paylaşıb:
“Hər kəsin aldıqlarının pulunu ödəyəcək qədər gözəl bir ruha və qəlbə sahibsən”.






Paylaş: