Məşhur “The Matrix” filmi bu tarixdə nümayişə çıxarılacaq
Tarix: 12-12-2019, 10:43



Məşhur "The Matrix" (The Matrix) fantastik filminin dördüncü hissəsinin premyara günü bəlli olub.
“Ölkə.Az” xəbər verir ki, ekran işi 2021-ci il mayın 21-i nümayişə çıxarılacaq. Bu barədə məlumatı “Warner Brothers” şirkəti verib.
Bundan başqa şirkət filmdə iştirak edən aktyorların adlarını da açıqlayıb. Keanu Reeves, Carrie-Anne Moss, Jada Pinkett Smith, Yahya Abdul-Matin, Neil Patrick Harris, Jessica Henwick, Jonathan Groff və Toby Onwumer kimi aktyorlar filmdə iştirak edəcəklər. Lakin studiyanın bildirdiyinə görə, siyahıya yeni aktyorlar da əlavə oluna bilər.
Qeyd edək ki, filmin ilk hissəsi rejissorlar Andy və Larri Wachowski (indiki Lilly və Lana Wachowski) tərəfindən 1999-cu ildə təqdim edilib. Film 4 Oskara layiq görülüb. Sonrakı bölümləri isə  2003-cü ildə işıq üzü görüb.

Paylaş: