"20 il öncə deputatlığa namizədliyimi verdim, aləm bir-birinə dəydi, indi də gecdir..."
Tarix: 11-12-2019, 08:28




Xalq artisti Afaq Bəşirqızından sonra insanlar bu dəfə Xalq artisti Rasim Balayevin deputat olmasını istəyiblər. Sosial şəbəkədə R.Balayevin fotosu paylaşılaraq ətrafında müzakirələr aparılıb.

Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deputat olmağın onun  üçün artıq gec olduğunu bildirib:

“Mən artıq yaşlanmışam, cavanlıqda istədim, amma seçmədilər. İndi də mənim deputat olmağın gecdi. Təxminən iyirmi il öncə deputatlığa namizədliyimi verdim, onda seçmədilər, aləm bir-birinə dəydi. İnsanlar deputat olmağımı istəyir, çox sağ olsunlar, amma bunun üçün sağlamlıq lazımdı, bu yaşda məndən deputat olmaz”.

Qeyd edək ki, R.Balayev xeyli müddətdir ki, belindəki yırtıqdan əziyyət çəkir. Onun sözlərinə görə gəncliyində çəkildiyi filmlər zamanı dəfələrlə atdan yıxılması və müxtəlif səhnələr onun bədənində xəsarət izləri qoyub və bu gün o, həmin xəsarətlərin əziyyətini çəkir. 


Paylaş: