Silvester Stallone dostlarını evinə yığıb boksa baxdı
Tarix: 10-12-2019, 17:25



İdman həvəskarı olan məşhur Hollivud ulduzu, 73 yaşlı Silvester Stallone ulduz dostlarını evinə dəvət edib.

BiG.AZ-ın ribalych.ru-ya istinadən verdiyi xəbərə görə, o, həmin "qonaqlıq"dan olan fotonu "İnstagram" səhifəsində paylaşıb.

Silvester Stallone dostlarını evinə yığıb boksa baxdı - FOTO

Belə ki, məşhurlar dekabrın 7-də Entoni Coşua və Endi Ruis arasındakı boks döyüşünü izləmək üçün Stallonenin evinə toplaşıblar.

Silvester Stallone dostlarını evinə yığıb boksa baxdı - FOTO

Qonaqlar arasında sevgilisi Hizer Milliqanla gələn Arnold Şvartsnegger, Al Paçino, komediya ustaları Brayan Kollen və Kris D`Eliya, keçmiş boksçu Şuqar Rey, məşhur illüziyaçı Devid Bleyn və başqaları olub.

Silvester Stallone dostlarını evinə yığıb boksa baxdı - FOTO

Qeyd edək ki, Səudiyyə Ərəbistanında baş tutan döyüşdə Coşua qələbə çalıb.

Silvester Stallone dostlarını evinə yığıb boksa baxdı - FOTO


Paylaş: