Məşhur müğənni vəfat etdi
Tarix: 10-12-2019, 17:11




İsveçin məşhur pop-rok qrupu olan "Roxette"nin solisti Marie Frederikson vəfat edib.
 
Primetime.az xəbər verir ki, 62 yaşlı ifaçı uzun illərdir mübarizə apardığı beyin xərçəngi səbəbi ilə dünyasını dəyişib. Onun ölümü sevənlərini olduqca kədərləndirib. Sənətçiyə xərçəng diaqnozu 2002-ci ildə qoyulub.
 
Qeyd edək ki, M. Frederikson və Per Gessle "Roxette" qrupunu 1986-cı ildə yaradıb. 1989-cu ildə təqdim etdikləri "The Look" mahnısı isə  qrupa dünyada şöhrət qazandırıb. 
 
 
 


Paylaş: