Afaq Bəşirqızı VƏSİYYƏT ETDİ: “İynələrin gücünə…”
Tarix: 10-12-2019, 15:20




Xalq artisti Afaq Bəşirqızı rejissor, xalq artisti Azərpaşa Nemətovla aralarında yaşanan münaqişəyə aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, aktrisa ortada söz gəzdirən, ara qarışdıran şəxslərə də ismarış yollayıb.
“Mənə həddən artıq çox zənglər oldu. Dedilər ki, biz sizinləyik, hara gələk? Onların bəziləri mübarizə apardığım insanla çox yaxın idi. Mən onu söydüm, dedim ki, qeyrətin, vicdanın olsun. Aktyorların heç birindən isə incimirəm. Mubarizə etdiyim insanla aramızda heç bir hörmətsizlik olmayıb. Bu münasibətdən heç vaxt istifadə edə bilməzsiniz”.
A.Bəşirqızı vəsiyyətini də açıqlayıb:
“Bu səhnəni xalqa vəsiyyət edirəm. Bu səhnəni zövqlü yetişdirin və boş qoymayın. İynələrin gücünə səhnəyə çıxıram, məndən sonra səhnəni siz doldurun”.
ARB-nin “Səhər-səhər” verilişindən olan görüntüləri təqdim edirik:

https://yenicag.az/videos/afaq-besirqizi-vesiyyet-etdi-iynelerin-gucune-video/embed​​​


Paylaş: