Azərbaycanlı rejissorun filmi Rusiyada “ən yaxşı” oldu
Tarix: 10-12-2019, 12:51



Moskvada yaşayan azərbaycanlı rejissor Anar Abbasov “Döyüş” filminə görə “Arctic open” beynəlxalq festivalının “Uşaq filmləri kateqoriyasında ən yaxşı film” mükafatına layiq görülüb.
Oxu.Az xəbər verir ki, Anarın istedadlı bir rəqqasənin karlıq üzərində qələbəsindən bəhs edən ekran işi festivalda uğur qazanaraq, birinci yerə çıxıb.
Film festivalı Arxangelskdə bir çox tanınmış rejissorların iştirakı ilə keçirilib. Anar Abbasov əldə etdiyi uğurun xəbərini şəxsi “Facebook” hesabında paylaşıb.
Anar Abbasov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2011-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Anar təkcə rejissor deyil, həm də ssenaristdir. O, “Döyüş”, “Amun”, “Qurban” və digər filmlərin rejissorudur. 

Paylaş: