Röyadan 3 günlük konsert: xanımlara sürpriz edəcək
Tarix: 10-12-2019, 12:48



Xalq artisti Röya Ayxan konsert verməyə hazırlaşır. 
 
Primetime.az xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutacaq konsert 2020-ci ilin mart ayına planlaşdırılır. Sənətçi sevənlərini 3 gün ərzində bir araya yığaraq, sevilən hitlərini səsləndirəcək. Konsertin bir günü isə sırf xanımlara həsr olunacaq. Həmin günü Röya ancaq qadınlar üçün səhnə alacaq. Sənətçinin açıqlamasına görə, həmin gün konsert xanımlar üçün pulsuz olacaq. 
 
Qeyd edək ki, ötən gündən etibarən R.Ayxan artıq konsert üçün afişa və reklam çarxı üçün fotokamera önünə keçib. 

Paylaş: