''Üç ailəyə hər ay yardım edirdim, dayandırdım''
Tarix: 9-12-2019, 16:43




Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu ''Səni axtarıram'' verilişində maraqlı açıqlama ilə çıxış edib.
''Ölkə.Az'' xəbər verir ki, teleaparıcı Xoşqədəm Hidayətqızı açıqlamasında bir neçə gün öncəyə qədər üç ailəyə hər ay maddi yardım etdiyini bildirib. Lakin artıq dünəndən həmin maddi yardımları dayandırdığını deyib. O verilişdə ''Pis insanlara görə artıq yaxşılıq etmək istəmirəm. Bunu ilk dəfə açıqlayıram. İndiyə qədər üç ailəyə hər ay  maddi yardım edirdim. Artıq dünəndən maddi yardımımı dayandırmışam'' sözlərini dilə gətirib. 

Paylaş: