Roza Zərgərli özünü İlhamə Quliyevaya bənzədəcək
Tarix: 9-12-2019, 14:52



Müğənni Roza Zərgərli mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edəcək.
Lent.az xəbər verir ki, sənətçi hətta onun imicində klip də çəkdirəcək. Bu haqda Zərgərli "ATV maqazin onlarla" verilişində deyib.
Duet ortağı Əkbər Əliyevlə kamera qarşısına keçən Roza bunları söyləyib:
"İlhamə Quliyevaya bənzəmə mövzumu ilk dəfə "ATV maqazin onlarla" verilişi etdi. Sonra gündəmə düşdü. İndi də Əkbər deyir ki, İlhamə Quliyevanın repertuarından mahnı oxuyub, onun zahiri görünüşü ilə klip çəkdirim. Hazırda bunu düşünürəm. Sadəcə, bunu deyim... İlhamə Quliyevaya oxşaya bilərəm, amma o, ola bilmərəm".


Paylaş: