Aygün Kazımovanı "10-luq"dan çıxartdı
Tarix: 9-12-2019, 14:49



Türkan Heydərovanın təqdimatında Lider Maqazin'in Hit - parad rubrikasının növbəti qonağı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin işçisi həm də nəğməkar şair Elşad Səfərli olub.
UlduzumSan.Az xəbər verir ki, E. Səfərli uşaqlıqdan şeir yazdığını deyib. "Ətrafımdakılar mənə sual verirlər ki, mügənnilər ilə qonorarla işləyirəm?... Mən qəlbimdən keçənləri dilə gətirirəm. Bunun isə qiyməti yoxdur. Ona görə də mügənnilərlə pulsuz işləməyə hazıram. Təbii ki, söhbət bəyəndiklərimdən gedir. Gülyanaq Məmmədovanın ifasını sevirəm. Mənim üçün Samirə maraqlıdır. Şəbnəm Tovuzlunu dinləmirəm. Onunla qonorarla da işləmərəm.
E. Səfərli Hit - paradda klipləri yer alan xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya, əməkdar artistlər Mətanət İsgəndərli, Ədalət Şükürov, Lalə Məmmədova, mügənnilər Arzu Qarabağlı, Elnarə Xəlilova və Maryam Şabanova haqqında da danışıb.
Sonda Elşad birinci yerdə Elnarə Xəlilovanın olduğu 10luq'dan Aygün Kazımovanı uzaqlaşdıraraq, xalq artisti Gülyanaq Məmmədovanı əlavə edib.

Paylaş: