"Playboy"un banisi öldü
Tarix: 28-09-2017, 09:57


"Playboy" kişi jurnalının banisi vəfat edib.
Publika.az xəbər verir ki, 92 yaşında dünyasını dəyişən Hyu Xefnerin yaradıcısı olduğu jurnal ilk dəfə 1953-cü ildə nəşr edilib. Hyu Xefner müxtəlif vaxtlarda Merilin Monro, Sindi Krouford, Pamela Anderson kimi simalarla əməkdaşlıq edərək onları jurnalın üz qabığında çəkilməyə vadar edib.
"Playboy" jurnalının birinci nömrəsi 51 min tirajla çıxıb. İndi bütün dünyada məşhur olan "Playboy" müxtəlif dillərə tərcümə edilərək çoxsaylı tirajla dərc olunur.
Hyu Xefner 2013-cü ildə, yəni 88 yaşında olarkən 26 yaşlı model Kristal Harris ilə evlənib.
2015-ci ildə isə jurnal bütün dizynını dəyişərək tamamilə çılpaq fotolar üzərindən dərc edilməyə başlayıb.

Paylaş: