Sərdar Ortaç boşanmasının əsil səbəbini AÇIQLADI
Tarix: 9-12-2019, 12:21



Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç keçmiş həyat yoldaşı Chloe Loughnanla ayrılma səbəblərini açıqlayıb.
Lent.az -ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o modellə ayrılıqları barədə bu sözləri deyib:
“Mən onu çox sevirdim. Evləndiyimə peşman deyiləm. Birlikdə qocalmaq, birlikdə ölmək istəyirdim. Evliliyimin bitdiyinə görə çox təəssüflənirəm. O, mənimlə evlənəndə xəstəliyimi bilirdi. Ola bilər ki, narahat həyatımdan bezdi. Mən onu heç nəyə görə günahlandırmıram. Yenidən evlənə bilər, yaşı çox azdır. Ümid edirəm ki, həmişə xoşbəxt olacaq. O mənim üçün yeganə qadın idi, başqasını görmədim. Həyatımın üçüncü dövründə, orta yaşda sevdiyim yeganə qadın. Realistəm, ayrılığı qəbul etdim. Bunu davam etdirmək üçün çox çalışdım, amma olmadı. Boşanmağa özüm müraciət etdiyim üçün peşmanam. Boşanma ərizəsi verməsəydim ayrılmazdıq. Ancaq 9 ilin xoşbəxtliyi itmişdi”.



Paylaş: