Xalq artisti Röya Ayxan “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub
Tarix: 9-12-2019, 08:25



Tanınmış müğənni, Xalq artisti Röya dünya şöhrətli robotla birgə mahnı oxumaq üçün “Bakutel-2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” stendini ziyarət edib.
Trend-in məlumatına görə, Röya Ayxan sözləri və müsiqisi Zülfi Bədəlova məxsus “Mənə sevgindən bəhs et” mahnısını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” zonasında İtaliyadan gətirilən, dünyanın ən məşhur robotu TEOTRONİCO-nun müşayiəti ilə ifa edib.
Qeyd edək ki, məhşur pianoçu TEOTRONİCO “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün İtaliyadan Bakıya gətirilib.

Paylaş: