"Neçə gün idi ki, həkimlər Rafael müəllimi görməyə icazə vermirdi"
Tarix: 6-12-2019, 17:39



Xalq artisti Rafael Dadaşovun əmisi qızı, müğənni Lalə Dadaşova sənətkarın səhhətiylə bağlı açıqlama verib.
L.Dadaşova ''Ölkə.Az''-ın əməkdaşı ilə söhbətində bildirib ki, Rafael Dadaşov dünəndən palataya köçürülüb:
"Neçə gün idi ki, həkimlər Rafael müəllimi görməyə icazə vermirdi. Lakin dünən artıq palataya köçürülüb. Vəziyyəti Stabildir. Demək olar ki, hazırda yaxşıdır. Vəziyyəti yaxşılığa doğru gedir. Bir az əvvəl xəstəxana ilə əlaqə saxlasam da, cavab verən olmadı. Ehtimal edirəm ki, Rafael müəllim yatıb. Xəstəxana saat 3-dən sonra xəstələrə baş çəkməyə icazə verir. Bu gün saat 5-də Rafael müəllimə baş çəkməyə gedəcəm". 
Qeyd edək ki, Rafael Dadaşov ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Paylaş: