Məşhur müğənni ana olmaq üçün unikal yol seçdi
Tarix: 6-12-2019, 15:56



Türkiyənin tanınmış müğənnisi Sıla ana olmaq üçün maraqlı addım atıb.
Oxu.Az xəbər verir ki, müğənni Yeni il konserti üçün ona təklif edilən bir milyondan imtina edib.
O, Yeni ili aşpaz sevgilisi Hazer Amani ilə birlikdə keçirmək üçün belə bir addım atıb.
Sıla tez bir zamanda evlənib ana olmaq istəyir. Bu səbəbdən də müğənni son zamanlar geniş yayılan yumurtalıq dondurma əməliyyatına müraciət edib. 39 yaşlı Sıla Türkiyədə evlənmədən edilməsinə icazə verilməyən prosesi Şimali Kiprdə həyata keçirib. Müğənni yaxın dostlarına tez bir zamanda ana olmağı arzuladığını deyib.
Cütlüyün yaxın müddətdə evlənəcəyi gözlənilir.  
Qeyd edək ki, Sıla keçmiş sevgilisi aktyor Ahmet Kuraldan onu döydüyü üçün ayrılıb.

Paylaş: