Elza Seyidcahan: "Bütün dünya bilir ki, ötən seçkilərdə namizədliyimi irəli sürdüm və uğurla da başa vurdum"
Tarix: 6-12-2019, 15:39



"Bütün dünya bilir ki, ötən seçkilərdə namizədliyimi irəli sürdüm və uğurla da başa vurdum"

UlduzumSan.Az xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında müğənni Elza Seyidcahan deyib:

"Bilirsiniz, ötən seçkilərdə namizədliyimi irəli sürdüm və uğurla da başa vurdum. 18 yaşdan yuxarı hər bir azərbaycanlı vətəndaşının millət vəkilliyinə namizədliyini irəli sürmək hüququ var. Qaldı ki, bu illər ərzində sənətimizlə, özümüzlə, əqidəmizlə sözümüzü demişik. Bütün dünya bilir ki, seçkilərdə Elza Seyidcahan ötən seçkilərə qatılaraq səs yığıb və müvəfəqiqyyətlə başa vurub. Bu asan bir yol deyil. İnşallah qismətimdə varsa olacaq"

Qeyd edək ki, maraqlı məqamdır ki, Röya Ayxan məşhurların deputatlığa namizədliyindən danışarkən Faiq Ağayev, Afaq Bəşirqızının və Elza Seyidcahanın adını çəkib.

Onu da bildirək ki, 2015- ci ildə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən əməkdar artist Elza Qasımova (Seyidcahan) namizədliyinin müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Paylaş: