Hansı məşhurlar deputatlığa namizəddir və onları kim dəstəkləyir?
Tarix: 6-12-2019, 15:03



UlduzumSan.Az xəbər verir ki, Sonxeber.az deputat olmaq istəyən məşhurların siyahısını açıqlayıb. Siyahıda bir çox məşhur sənət adamı var.

Deputatlığa namizəd kimi bir müddətdir haqqında söz-söhbətlər gəzən Afaq Bəşirqızını göstərə bilərik. Qeyd edək ki, bir çox məşhurlar, müğənni Röya Ayxan, Xumar Qədimova Afaq Bəşirqızının deputatlığa namizədliyini dəstəklədiklərini açıqlamalarında və şəxsi instaqram hesablarında paylaşım edərək bildirib, dəstəkləyiblər. Xumar Qədimova şəxsi instaqram hesabında "Mən Afaq Bəşirqızını millət vəkili kimi görmək istəyirəm. Sizi də ona dəstək olmağa çağırıram. Çünki, o xalqdan gələndir. O özümüzdür" deyərək paylaşım edib.
Röya Ayxan isə Afaq Bəşirqızına dəstəyini belə ifadə edib: "İstərəm Afaq Bəşirqızı orada olsun, Faiq Ağayev, Elza Seyidcahan ...Mən istəmirəm. Yerimdən razıyam".
Qeyd edək ki, Afaq Bəşirqızı açıqlamasında hələlik bu barədə danışmaq üçün tez olduğunu deyib:
"Hesab edirəm ki, indi bu söhbətlərin yeri deyil. Kimlər məni dəstəkləyirsə, Milli Məclisdə görmək istəyirsə, onlara təşəkkür edirəm. Düzü, bu barədə bir şey deyə bilmərəm. Hələlik bu haqda düşünməmişəm".

Deputatlığa namizəd kimi haqqında danışılan digər bir məşhur müğənni Xalq artisti Faiq Ağayevdir. Bildirilir ki, Faiq Ağayev onun haqqında gəzən söhbətlərə artıq münasibət bildirib:
"Parlament buraxıldı və fevralın 9-na seçki təyin olundu. Namizədliyinizi irəli sürəcəksinizmi" sualına müğənni belə cavab verib: "Məni orada görmək istəyənlər var. Fevralın 9-da seçkilər olacaq. Yəni ki, yanvar ayından kimin namizədliyini verəcəyi bəlli olacaq. Gəlin o zamanı gözləyək".

Onu da vurğulayaq ki, Xalq artisti " Afaq Bəşirqızının millət vəkili seçilməsinə razısınızmı?" sualına "Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş namizədliyini irəli sürə bilər. O cümlədən Azərbaycan mədəniyyətinə çox böyük töhvələr etmiş Afaq Bəşirqızı. Mən inanıram ki, millət vəkilliyinə namizədliyini versə, onu dəstəkləyən çox olacaq" deyərək cavab verib.

Deputatlığa namizədlərdən birinin hər birimizin "ekstravaqant" müğənni kimi tanıdığımız Elza Seyidcahan olduğu bildirilir.

Qeyd edək ki, müğənni açıqlamasında "Bilirsiniz, ötən seçkilərdə namizədliyimi irəli sürdüm və uğurla da başa vurdum. 18 yaşdan yuxarı hər bir azərbaycanlı vətəndaşının millət vəkilliyinə namizədliyini irəli sürmək hüququ var. Qaldı ki, bu illər ərzində sənətimizlə, özümüzlə, əqidəmizlə sözümüzü demişik. Bütün dünya bilir ki, seçkilərdə Elza Seyidcahan ötən seçkilərə qatılaraq səs yığıb və müvəfəqiqyyətlə başa vurub. Bu asan bir yol deyil. İnşallah qismətimdə varsa olacaq" deyib.

Onu da bildirək ki, maraqlı məqamdır ki, Röya Ayxan məşhurların deputatlığa namizədliyindən danışarkən Faiq Ağayev, Afaq Bəşirqızının və bir də Elza Seyidcahanın adını çəkib.

Digər bir namizəd məşhur teleaparıcı Aytən Səfərovadır. Aparıcı millət vəkili olmaq istədiyini öz şəxsi instaqram hesabında belə ifadə edib:
"Aytən Səfərova millət vəkili olsa inanarsız"?
Şərh bölümündə izləyicilər isə buna "Ay balam, Aytən xanım həkimdir, öz peşəsi ilə məşğul olsun" deyərək münasibət bildiriblər. Aparıcı isə cavabında ikinci ali təhsilinin BDU- nun Beynəlxalq hüquq fakültəsi olduğunu deyib.

Deputatlığa namizədlərin sırasında isə ən cəsarətli çıxışı məşhur aktrisa Könül Yusifqızı edib. O, şəxsi instaqram hesabında "Dostlar hazırlaşın, deputatlığa namizədliyimi irəli sürürəm. Varmı dəstəkləyənlər?" deyərək çağırış edib.
İzləyicilər isə əksəriyyət olaraq onun bu addımını dəstəkləyiblər.

Paylaş: