Azərbaycanın ilk internet serialı-"Sayrışan işıqlar"ın tanıtımı paylaşıldı
Tarix: 6-12-2019, 12:13



Azərbaycan Film Akademiyasının istehsalı olan və tibbdən bəhs edən “Sayrışan işıqlar” serialının əsas tanıtımı paylaşıldı.

BiG.AZ xəbər verir ki, “Sayrışan İşıqlar” tibbi serialı Azərbaycanda ilk internet seriali olmaqla yanaşı Azərbaycan kino sahəsində özünəməxsusluğu ilə digər Azərbaycan seriallarından seçilir. Tibbi mövzunu əhatə edən bədii internet seriali eyni zamanda dedektiv, dram, romatik, komediya janrlarını özündə birləşdirir.

Layihənin rəhbəri, eyni zamanda quruluşçu rejissoru Zaur Tahirsoy film haqqında açıqlama verib. Açıqlamanı olduğu kimi qeyd edirik:

“Əlbəttə, Azərbaycanda belə təşəbbüsə ilk cəhd etmək cəsarətlə yanaşı fədakarlıq tələb edirdi. Hələ 2016-cı ildə bu layihə haqqında danışanda ciddiyə alınmırdı. Amma bu gün layihəmə inanan və işinə sevgiylə yanaşan komanda ilə bu işin öhdəsindən gəldik. Eyni zamanda layihəyə inanan Dr. Elnur Fərəcov, Dr. Qulam Rüstəmzadə, Dr. Mircəlal Kazımi, Dr. Bibixanım Məmmədova tibbi serialın Azərbaycan üçün lazımlı iş olduğunu vurğulayaraq dəstək olublar.

Dekabrın ortalarında keçiriləcək təqdimatdan sonra film “Medplus TV” Youtube kanalına yüklənəcək.

İnanıram ki, bu layihədən cəsarətlənərək bir çox kino istehsalçıları internet serialına start verəcək. Çünki bu sahənin inkişafı Azərbaycan kino sektoruna yeni nəfəs gətirəcək”.
Qeyd edək ki, Filmdə baş obrazı Rəşad Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev canlandırır. Eyni zamanda Kərəm Hadızadə, Leyla Babayeva Sədaqət Məmmədova, Natali B., Elvida M., Ceyhun Mehdixan, Mərva M., Sübhi S. və digərləri aparıcı obrazlarda rol alacaqlar. Filmin quruluşçu operatoru Elvin Əsgərov, ikinci rejissoru Böyükağa Əliyev, səs rejissoru Vüqar Sübhandır. Filmi izləmək üçün yutubda Medplus TV kanalına abunə olmaq və paylaşımlardan anında xəbər almaq üçün bildiriş düyməsini aktiv etmək lazımdır.



Paylaş: