Rafael Dadaşov palataya köçürülüb
Tarix: 5-12-2019, 17:23



“Rafael Dadaşovun vəziyyəti yaxşılaşmağa doğru gedir”.
Bu barədə APA-ya Xalq artisti Rafael Dadaşovun oğlu Ayxan Dadaşov məlumat verib.  
Onun sözlərinə görə, Xalq artisti artıq reanimasiyadan palataya köçürülüb, onun səhhəti stabilləşməkdədir.
Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Paylaş: