Fatimədən Naziləyə: "Məndən qorxub, qeybətimi etmisən"
Tarix: 5-12-2019, 17:01



Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə küsülü olduğu şairə Nazilə Səfərlinin cavabını verib. 
UlduzumSan.Az-ın məlumatına görə, o, "İnstagram" səhifəsində bu sözləri yazıb: "Dünyanın xoşbəxti mənəm, elə mən. Eşitdim ki, qeybətimi etmisən. Üzümə deməkdən qaçmısan. Mənim kimi acizdən qorxmusan, Allahdan qorxmamısan".
Qeyd edək ki, Nazilə küsülü olan rəqqasə Fatimə Fətəliyeva ilə müğənni Xatun Əliyevanın şəklini yayımlamış, "Yenə o bağ olaydı. Yenə siz o bağa yığışaraq, qeybət edərdiniz" sözlərini yazmışdı.

Paylaş: