Hüsniyyədən Röyaya: "Bir az yüngülvari dalaşaq"
Tarix: 4-12-2019, 18:12



Hüsniyyə Məhərrəmova aparıcılığını etdiyi "1azTv" verilişində qonağı olan Xalq artisti Röya Ayxan ilə bağlı maraqlı bir etiraf edib.
 
Primetime.az xəbər verir ki, Hüsniyyə verilişlərin birində Röya ilə sözlərinin çəp gəlməsindən sonra, sosial şəbəkədə izləyicilərinin sayını xeyli artdığını bildirib:
 
"Biz sonuncu dəfə Röya ilə görüşəndə yüngülvari atışmışdıq. Ondan sonra İnstaqram hesabımda izləyici sayısı artmağa başladı. İndi fikirləşirəm ki, mən nə sual verim ki, bir az da yüngülvari dalaşaq, hesabım bir 2 mində artsın. Sizi kim xoşlamırdı, hamı məni izləməyə başladı. Hətta Röyanı xoşlayanlar da yazırdı ki, "Buna bax...". Hamı izləyirdi ki, görəsən mən nə yazacam".
 
"Dala qayıdın barışmışıq" - deyə Röya zarafatla cavab verib. 
 
Qeyd edək ki, Röya ilə aparıcı “V element” verilişində mübahisə yaşamışdı. Hüsniyyə Röyanın illərdir eyni üslubda oxuduğunu demişdi. Bu isə Röyanın xoşuna gəlməmişdi. 

Paylaş: