“Afaq Bəşirqızı mədəniyyət naziri olsun” - Aktyordan gözlənilməz açıqlama
Tarix: 4-12-2019, 17:57



Aktyor Müşfiq Şahverdiyev Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması barədə sosial şəbəkədə başladılan kampaniyadan danışıb. 
Musavat.com-a açıqlama verən aktyor xalq artistini Mədəniyyət naziri kürsüsündə görmək istədiyini etiraf edib: "Afaq xanım hər zaman mənə dəstək olub, haqqımda yaxşı fikirlər deyib. Afaq xanıma  hörmət edirəm, görəndə əlindən öpürəm. Mədəniyyət xadimləri arasında o insanlardandır ki, öz sözünü deməyi bacarır, haqqı itirmir. Bizim sahədən kimsə seçkiyə qatılacaqsa, onlar içərisində ən idealı Afaq xanımdır. Şəxsən mən Afaq xanımın oğlu, yaxını kimi ona dəstəyəm. O millət vəkili olmağa layiqdir. Həmin günü bayram edərəm. Kaş, Afaq xanım Mədəniyyət naziri seçilsin”.

Paylaş: