Əməkdar artist dünyaca məşhur şirkətlə müqavilə imzaladı
Tarix: 4-12-2019, 17:27

Əməkdar artist dünyaca məşhur şirkətlə müqavilə imzaladı

Əməkdar artist İsfar Sarabski dünyanın məşhur üçücü böyük səsyazma studiyası “Warner Music Group” ilə müqavilə imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla da o, şirkətlə əməkdaşlıq edən ilk azərbaycanlı caz və elektron musiqiçisidir.
Müqaviləyə əsasən, İsfar Sarabskinin iki albomu bu leyblda işıq üzü görəcək. İlk albom caz janrında olacaq. Albomun çıxışı 2020-ci ilin iyun ayına planlaşdırılır. Albomdan öncə iki sinql parça gözlənilir. Fevral ayından başlayaraq İsfar müxtəlif festivallarda iştirak edəcək və Avropanın bir çox şəhərlərində konsert proqramı ilə çıxışlar edəcək.


İyun ayının 11-12-i ərəfəsində Hamburq şəhərində musiqiçinin caz janrında albomu təqdim ediləcək.
İkinci albom isə elektron-musiqi janrındadır, ilk sinqllar 2020-nin avqust/sentyabr aylarında çıxacaq. İkinci albom 2020-ci ilin sonunda təqdim ediləcək.




Paylaş: