Məşhur "Feliçita" mahnısı "Qarabağ"ın şərəfinə dəyişdirildi - VİDEO
Tarix: 27-09-2017, 16:50


"Qarabağ" futbol klubunun şərəfinə məşhur "Feliçita" mahnısının sözləri dəyişdirilərək azərbaycan dilində səsləndirilib.
Publika.az xəbər verir ki, mahnının sözləri Fuad adlı şəxsə, səsləndirilməsi isə Sənan Nağıya məxsudur. "Qarabağım" mahnısı "Roma"- "Qarabağ" oyunundan öncə komandaya dəstək məqsədilə hazırlanıb.
Video Sənan Nağının yutub kanalında paylaşılaraq çoxsaylı istifadəçilər tərəfindən dinlənilib.
"Feliçita"nın "Qarabağım" kimi dəyişik verisyasını təqdim edirik:
Qarabağım!
Varlığım mənim, həyatım mənim - Qarabağım!
Səninlə sevginlə fırlanır dünya - Qarabağım!
Sənin üçün yaradıb sənin üçün yaşayıram,
Qarabağım, Qarabağım!!!
İlhamım mənim, sevincim mənim - Qarabağım!
Həyat səninlə al-əlvandır - Qarabağım!
Sənin sevdanla açılır səhərim Qarabağım,
Qarabağım, Qarabağım!!!

Cənnətin özü, dünyanın gözü - Qarabağım!
Sirin sözüm, gülən üzüm - Qarabağım!
Aşiqəm sənə, eşqim mənim Qarabağım, Qarabağım!

Qurban adına, kürən atına, İsa bulağına,
Güllərin gözəli Xarı bülbülünə.
Cahan gözəl üzük, sənsə o üzüyün mirvarisi
Sən Vətənlər Vətəni - Qarabağım!



Paylaş: