Rafael Dadaşovun mualicə xərclərini öz üzərinə götürdü
Tarix: 4-12-2019, 10:55



Xalq artisti Rafael Dadaşovun səhhəti ilə bağlı yeni xəbər var.
Lent.az -ın məlumatına görə, “Səni axtarıram” verilişinə qonaq olan Xalq artistinin müğənni qızı Səidə Dadaşova bildirib ki, atasının səhhəti ağırdır: "Atam hazırda reanimasiyadadır. Yanına girə bildim, ancaq yatdığından narahat etmək istəmədim".
Səidə onu da deyib ki, Mərkəzi Neftçilər Xəstəxanası ondan müalicə üçün pul tələb edir:
"Mənə zəng edib dedilər ki, Səidə xanım, bizə yaxınlaşın, yuxarıdan təlimat gəlib. İki günün müalicəsi üçün ödəniş etməlisiniz. Verilişdən sonra gedib onu ödəyəcəyəm".
Xalq artistinin reanimasiya şöbəsində müalicəsi davam edir. Həkimlər vəziyyətini ağır stabil qiymətləndirir.
Sonra Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Nadir müəllim telefon zəngi ilə efirə qoşulub. O, bildirib ki, R.Dadaşovun bütün müalicə xərcləri pulsuz olacaq:
“İndi vəziyyəti stabildir. Rafael bəy 10 il öncə bizdə əməliyyat olunmuşdu. Bİr az təngnəfəs olurdu. Biz də onu müayinə etdik. Aydın oldu ki, təngnəfəslik ağ ciyərləri ilə bağlıdır. Bu gün 2-3 dəfə yanında olmuşam. İntensiv terapiya palatasındadır. Mənə dedilər ki, Rafael bəy gəlib. Dedim ki, ona hər şey ödənişsizdir. O, burada təmənnasız müalicə olunacaq. Ona nə lazım olsa, edəcəyik”.

Paylaş: