Aleyna Tilki təyyarədə sərnişinləri təşvişə saldı
Tarix: 27-09-2017, 16:26


Son vaxtlar etdiyi qalmaqallarla gündəmdən düşməyən gənc müğənni Aleyna Tilki təyyarədə sərnişinləri qorxudub.
UlduzumSan.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aleyna qaydaları pozaraq təyyarədə mobil telefonunu söndürməyib. Müğənninin telefonla danışdığını görən sərnişinlər təşvişə düşüblər. Təkidlərə baxmayaraq Tilki telefonunu söndürməyib.
"Heç nə olmaz" deyərək danışmağa davam edən Aleynaya ikinci pilot məcbur müdaxilə etməli olub. 17 yaşlı müğənniyə xəbərdarlıq edilərək telefonu söndürülüb.

Paylaş: