Serdar Ortaç qumara necə başlayıb?
Tarix: 3-12-2019, 11:24



Məşhur müğənni Serdar Ortaç qumara necə başlamasına dair açıqlamalar verib.
Open.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ilk dəfə 1997-ci ildə at yarışlarına pul qoyduğunu və beləliklə qumara “dadandığını” etiraf edib.
“Orkestrdən Fuad adlı bir dostum var idi, mənə at yarışlarını öyrətdi. Həmişə sonda qalırdım. Sonra atlardan qumar oyunlarına keçdim. Əvvəlcə rulet, sonra poker öyrəndim”.
Xatırladaq ki, müğənni son həftələrdə qumarda 120 min dollar uduzması ilə bağlı yayılan xəbərləri inkar etmişdi.

Paylaş: