14 yaşlı azərbaycanlı model birinci oldu
Tarix: 27-09-2017, 16:10


Gürcüstanın Batumi şəhərində uşaqlar arasında keçirilən “Child Model of the Planet - 2017” beynəlxalq model müsabiqəsi başa çatıb.
UlduzumSan.Az Oxu.az-a istinadən xəbər verir ki, ölkəmizi təmsil edən 14 yaşlı Raul Abbasovmünsiflər heyətinin bütün üzvlərindən yüksək bal alaraq, birinci olub.
Xatırladaq ki, R.Abbasov bu il Bakıda keçirilən “Yay əyləncəsi” adlı uşaq moda müsabiqəsində üçüncü yerə layiq görülüb.

Paylaş: