"Bu mənim qərarımdır"
Tarix: 2-12-2019, 16:58



Müğənni Roza Zərgərli həmkarı Əkbər Əliyevlə birgə ifa etdiyi "Milyon şanslar" adlı klipinə təqdimat keçirib.
Lent.az -ın məlumatına görə, jurnalistlərlə görüşən ifaçı deyib: "Əslində hər zaman tədbirimə sənət dostlarımı da dəvət edirdim. Amma bu dəfə ənənəmə sadiq qalmadım. İstədim ki, tədbirimdə ancaq jurnalistlər olsun. Bu dueti 20 ildən çox dostluq etdiyim həmkarımla ifa etdim. Əkbəri bundan öncə klipimə də çəkmişdim. Sonra qərara gəldim ki, duet oxuyaq. Düz 5-6 aydır ki, bu layihənin üzərində çalışırdıq. Klipə yay, payız görüntüləri lazım idi. Ona görə də bu qədər uzandı. Duet oxumağı mən Əkbərə təklif elədim, o da razı oldu. Düşünürəm ki, bu mənim sonuncu duet ortağımdır. Bu mənim qərarımdır".
Daha sonra Əkbər Əliyev ekran işi ilə bağlı düşüncələrini bölüşüb: "Çox şadam ki, Roza ilə bu işə imza atdıq. Klip Türkiyədə Böyük adada çəkilib" .
Qeyd edək ki, "Milyon şanslar" adlı mahnının musiqisi Hakan Erola, sözləri Leyli Erola məxsusdur.



Paylaş: