“Həyatında olan kişiləri sadalasam,“Instagram” tab gətirməz”
Tarix: 2-12-2019, 16:00




ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində qonaq olan Xalq artisti Flora Kərimovanın söhbət əsnasında işlətdiyi “Nəsimini bərbad hala salan Afət” ifadəsi qarşı tərəfi cin atına mindirib. 
Oxu.Az xəbər verir ki, müğənni Afət Fərmanqızı şəxsi “Instagram” hesabında videopaylaşım edərək, Xalq artistini “Yekaterina” adlandıraraq, sərt mesaj yollayıb:
“Toylardan vaxtım yoxdur ki, Yekaterinaya geniş cavab verim. Həyatında olan kişiləri sadalasam, “Instagram” tab gətirməz. Siyasət adamı deyiləm, amma bir əqidəyə qulluq edirəm. Xəyanətkar həmişə xəyanətkardır. 78 yaşında vannaya lüt uzanan, siyasi karyerasını buqələmun kimi dəqiqədə bir dəyişən, “sidik içirəm” deyən insan hər şey edər.
Zamanında “JEK” müdirindən tutmuş, qapı-pəncərə ustalarınadək həyatında olub. O yolları sən bilirsən. Bu yolları sizdən öyrənmişik, amma yaxşı ki, getməmişik. Zamanında sosial şəbəkə aktiv olmadığı üçün xalq bu siyahını dəqiq bilmir. Neçə ailələri gözüyaşlı qoymusan. Ağıllı ol, adları ilə bilirəm. Özü də kim səni alıbsa, sevgili olubsa, ürəyi yatıb, ölüb. Bilmirəm nə məsələdir…”
Afətin bu açıqlamalarından sonra Xalq artisti Flora Kərimova da susmayıb. Kərimova Fərmanqızına “Vay o günə ki, kişilərin artığı olasan” deyərək, fikirlərini qarşı tərəfə daha kəskin formada bu cür ünvanlayıb:
“İki ali təhsil sahibi, müəllim-müğənni” fikirlərin cəhənnəm, cümlə sonluqlarına bax, yazıların qüsursuz olsun.
Toyların azalıb, “mən-mən”də dəbdən düşüb deyə, əlacsız qalıb yeni qalmaqal dilənirsən. Bütün Azərbaycan mənim zarafatımı başa düşdü, sən - “filoloq, alimdən” başqa. İş ki qaldı “ət və pişik” misalına - ovçu olmaq taleyin gətirmədi.
Sənin qismətin ancaq qurbanlıq olmaqdır, hələ də olursan. Bir məkana verilən adlara gəldikdə isə “Nəsimi bazarı”, “Füzuli meydanı”, “Nizami küçəsi” - bunların heç biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil.
Bazarda işləyənləri “Nəsimi” adına layiq bilmirsənsə, bu illərlə içində qaynatdığın vətəndaş problemindir. Bu qədər millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim: Dahi Füzulinin sözlərinin ağırlığı altında “Füzuli kantatasını” yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin “Sığmazam” qəzəlinin faciəsini dərk edib, mənəvi sərvətimiz olan “Nəsimi” kontatasını yazdı. Sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin. Buna görə sənə “əhsən” düşür.
İndiyə kimi mənəvi cinayətlə məişət cinayəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən? Əgər saç başa ağıl gətirsəydi, sənin adın dahilər sirasında səslənərdi. Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığının nə bədənə, nə ağıla ziyanı var. Vay o günə ki, kişilərin artığı olasan.
Afət, sevirəm deyib “dini kəbinə” girib (gah qolunu, gah kəbinin üz qabığını göstərdin) keçirdiyin sabaha güvənməyən qadın. Sənə uşaq cəlladı olmağına acıyıram. Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünü yerə çırpıb, kiçiltdin ki, sayılası düşmən da ola bilmədin”

Paylaş: