Baloğlan Əşrəfov od püskürdü: "Ayıb olsun"
Tarix: 27-09-2017, 15:44


Əməkdar artist Baloğlan Əşrəfovla Xəzər televiziyasının aparıcısı Zaur Kamal arasında qalmaqal yaşanıb. Buna Zarun “5/5” verilişində qonaq olan müğənninin cəriməsi ilə bağlı söylədiyi sözlər səbəb olub.
Yenicağ.az-a açıqlama verən Baloğlan Əşrəfov qəzəbini belə ifadə edib:
“Hamısı Zaurun zibilləridir. Efirdə neylədiyini bilmir. Məni verilişinə qonaq çağırıb, cərimələrimdən danışır. Danışırsan hamısını de, camaat bilsin nə var, nə yox. Deyir, Baloğlan Əşrəfovun cərimələri var, amma nəticədən danışmır. Demir ki, həmin cərimələr ödənilib. Bu xəbəri də üzücü xəbər kimi yayıblar. Daha demirlər ki, qohum-əqrabam, doğmalarım bunu eşidib, sarsılar. Hələ özüm nə qədər sarsıldım… Buna nə deyəsən axı? Səhərdən əsəbimdən partlayıram, ayıb olsun, belə reklam nəyə lazımdır?”
Zaur bildirib ki, müğənni dəfələrlə qayda pozub.
Qeyd edək ki, Zaur verilişdə belə deyib: “Baloğlan Əşrəfov “Toyota Land Cruiser” markalı maşın idarə edir. 9 MMX-sı var. 2015-ci və 2016-cı illərdən borclarını ödəmədiyi üçün xitam verilib. 11 balı var. Dördü iki, biri isə 3 baldır. 20 bala çatsa, sürücülükdən məhrum ediləcək”.

Paylaş: