Mahirə Əsədova insanların musiqi zövqünü korlanmasından şikayət edib
Tarix: 2-12-2019, 15:11




LiderTV-də yayımlanan Lider Maqazin proqramında yeni rubrika start götürüb.
UlduzumSan.Az xəbər verir ki, bundan sonra hər həftə aparıcı Türkan Heydərovanın təqdimatında şou biznesdə olmayanlar şou biznes haqqında danışacaqlar və 10luq'da olan məhşurların kliplərinə münasibət bildirəcəklər. İlk qonaq isə "Yeni Yurd" ictimai birliyinin sədri, ictimai xadim Mahirə Əsədova olub. Mahirə xanım efirlərdə səslənən mahnıların insanların musiqi zövqünü korlamasından şikayət edib. O, bildirib ki, toylarda da bu proses baş verir. "Bizim əvəzolunmaz milli rəqslərimiz var ki, el şənliklərində demək olar ki, unudulur. Nə yaxşı ki, Vağzalı rəqsi hələ də qorunub saxlanılır. Mən musiqiçilərdən, müğənnilərdən xahiş edərdim ki, bu məsələdə həssas olsunlar. Bayağı ifalarla insanları çaşdırmasınlar"
M. Əsədova 10luq'da klipləri yer alan xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya, Miri Yusif, əməkdar artist Ədalət Şükürov, müğənnilər Elnarə Xəlilova, Samirə, Məryəm Şabanova və Arzu Qarabağlı haqqında da danışıb, sonda 1-ci yerdə olan Miri Yusifi Hit - Parad'dan uzaqlaşdıraraq, əməkdar artist Lalə Məmmədovanı daxil edib.
 

Paylaş: