"Baxırdım, ondan öyrənirdim, toyları necə aparır, necə oxuyur ..."
Tarix: 2-12-2019, 13:21

Xalq artisti efirdə Əli Mirəliyevin keçmişindən DANIŞDI: "Bunu heç vaxt deməmişəm" – VİDEO

ARB TV-nin “Səhər-səhər” verilişinin növbəti qonağı xalq artisti Səməd Səmədov olub.

Karyeraya başlamasından danışan Səməd Səmədov Əli Mirəliyevdən öyrəndiklərini də ilk dəfə verilişin efirində səsləndirib:

“Mən bunu bu vaxta qədər heç yerdə deməmişəm, ilk dəfədir. Karyerama musiqi aparatında çalışaraq başlamışam. Keçmişini unudanın gələcəyi olmaz. Elə olub ki, heç mənim üçün oturacaq da olmayıb, ayaq üstə işləmişəm. Mən baxırdım, ayın 30 gününün 29 günü Əli Mirəliyev toyda olurdu. Baxırdım, ondan öyrənirdim, toyları necə aparır, necə oxuyur hamısını öyrənib ondan da yaxşı, ondan da müasir sənətkar olmuşam”.

Səməd Səmədovun bu etirafına cavab olaraq Əli Mirəliyev “Yalansa sən öləsən” deyə cavab verib.



Paylaş: