"Pul versələr də, Sevil-Sevinclə barışmaram"
Tarix: 2-12-2019, 13:05




Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli "ATV maqazin 10larla" verilişinin "33 sual" rubrikasının qonağı olub.
 
Primetime.az xəbər verir ki, rubrikanın aparıcısı Ruslan Ağayev ifaçıya, "Nə qədər pul versələr, Sevil-Sevinc bacıları ilə barışarsan" - sualını ünvanlayıb. 
 
Roza isə cavabında yaxın zamanlarda bu barışığın qəti olmayacağını bildirib:
 
"Pul versələr belə Sevil-Sevinc bacıları ilə barışmaram. Mənim əlimdən çıxıblar, mənim xasiyyətimi çox yaxşı bilirlər. Heç vaxt onlara "bacılar", "macılar" deməmişəm. Ömür boyu ya "o qızlar" demişəm,  ya da "Sevalar" demişəm. Qızları götürmə səbəbim, mənim də əkiz bacım olması olub. Sonradan rəhmətə gedib. Onun əziz xatirəsinə görə belə addım atmışam. O əziz xatirəni belə əlimə verdikləri üçün heç bir dünyanın malı-mülki, varı-dövləti məni onlarla barışdırmaz. Nə zamansa Allahıma görə qəlbimdə bağışlasam da, üzlərinə heç bir zaman demərəm".

Paylaş: