Elgiz avtobus sürücülərini canlı yayımda təhqir etdi: "Pis üzləri, çirkli köynəkləri gözümə batır"
Tarix: 27-09-2017, 15:42


“Xaricilər bizim ictimai nəqliyatı, sürücünün üzünü görsələr, biabır olarıq”.

UlduzumSan.Az a24.az-a istinadən xəbər verir ki, verlişində aparıcısı Elgiz Əkbər deyib. O, avtobus sürücülərini təhqir edib. Onların geyiminə, görünüşlərinə lağ edərək alçaldıb.

“Avtobus sürücülərinə baxanda pis təmizlənməmiş üzləri, çirkli köynəkləri, pis danışıqları, kobud hərəkətləri kompleks şəklində insanın gözünə batır. Nə qədər şəhəri gözəlləşdirsək də, xarici qonaqlarımız elə nəqliyyata girib sürücünün üzünü görsə, biabr olarıq”, – deyə aparıcı bildirib.

Paylaş: