Azərbaycanda təhsil alan tələbə türk qızın dodağına inşaat silikonu vurubmuş — ŞOK FAKTLAR
Tarix: 27-09-2017, 15:38


Azərbaycanda təhsil aldığını deyərək Adanada özünü həkim kimi qələmə verən saxta plastik cərrah Güllü Selin dodaqlarını şikəst etmişdi.


"Ölkə.Az" xəbər verir ki, Güllü Sel dodaqlarına inşaat silikonu vurulduğunu öyrənib. Qız əməliyyat olacağını bildirib.
Hadisə 6 ay əvvəl olub. Soner G. adlı şəxs Azərbaycanda tibb üzrə oxuduğunu və plastik cərrah olduğunu bildirib. Sonra isə Güllünün dodaqlarına silikon yeridib. Dodaqlar son dərəcə eybəcər hala düşdüyü üçün qız həkimə müraciət edib. Saxta həkimin digər qurbanı isə tibb bacısı Merve Keleşdir. Onun da dodaqları həddindən artıq şişdiyi üçün həkimə müraciət edib. Məlum olub ki, Soner həkim yox, bərbərdir. Bundan sonra Güllü və Merve polisə şikayət ediblər.
Güllü isə bu yaxınlarda öyrənib ki, saxta həkim onun dodaqlarına adi inşaat silikonu yeridib.





Paylaş: