Pərviz Türkanla yenidən bir yerdə: "Mənə xəyanət..."
Tarix: 2-12-2019, 10:42



Meyxanaçı Pərviz Bülbülə duet ortağı Türkan Vəlizadə ilə yenidən bir araya gəlib.
Lent.az -ın məlumatına görə, bu barədə “Hər şey daxil” verilişində qonaq olan Pərviz danışıb. O, bildirib ki, onlar el məclislərinin birində yenidən bir araya gəliblər:
“Bu barədə çox danışmaq istəmirəm. Diqqətsizliyə görə bu duetləri saxlamışdıq, diqqətə görə yenidən bir araya gəldik. Türkanla mənim nə bölünməyəcək işim var ki? Mən ailəli adamam, 2 uşağım var. Türkan mənə nə pislik edib ki? Mənə dedilər ki, dostunun məclisinə gəlmədiyinə görə aranız dəydi. Yox, sadəcə 1-2 hadisə oldu, daha sonra dostumun məclisinə gəlmədi. O 1-2 hadisəni soruşan olmadı. Hadisələr getdi. Bunu şou niyyəti ilə etmədik. Yenidən bir araya gəldik. Türkan mənə xəyanət etməyib”.
Xatırladaq ki, Pərviz Türkandan ayrılan zaman bu sözləri demişdi:
“Kiməsə dəstək olmaq üçün mən duet ortağı axtarmazdım, yetim-yesir götürüb dəstək olardım. Öz sənətində rəqabət aparmalısan. Pul məsələləri işdə ən önəmli olan məsələdir. Türkan xanımla bağlı danışanda onu demişdim ki, mənim heç kimə borcum yoxdur, qapısını döyüm, deyim, gəl mənimlə toya gedək, pulunu da qoy cibinə. Niyə? Elə bir anlam var? Mən kiməsə dəstək olmaq üçün yola çıxmamışam. Sadəcə, layihə planlaşdırmışam, köməyə çağırmışam, dəstək olmuşam. O, mənə, mən ona kömək olmuşam. Duet ortağını pul verməyə yox, pul qazanmağa gətirirəm. Mən deyən adam, öncə güzgüyə baxsın. Məni də Pərviz edən adam var. Türkan qeyri-adi şey demir. Gərək o qədər pis hərəkət edim ki, o, xanımlığı ilə mənimlə duet oxumaq istəməsin. Mən o şəraiti yaratmaram. Damla ilə də duet oxumuşam, harda məni görür, "salam", "sağ ol" edir.
Türkan nə deyəcək ki? Bizim aramızda sənət var, sənəd yoxdur. Türkan səhv elədi, dedi ki, mənə çörək verib. İnsan insana çörək verməz. Ayrılığa səbəb onun toya gəlməməsi deyil. Bir çox şeylər oldu, bitdi. Lampanı mən düzəltmişəm, o lampa mənim gözümə düşəndə xoşlamıram”.
Qeyd edək ki, Türkan Pərvizdən ayrılması xəbərinə bu cür münasibət bildirmişdi:
"Pərviz sənət adamıdır, bilir ki, özü də dəfələrlə yaxın dostlarının məclisinə çata bilməyib. Biz xalqın toylarını, məclislərini oxuyuruq. Pərvizin Azərbaycanda və kənarda olan dostlarının toyunu bir manatsız oxumuşam. Yenə də buna hazıram.
Həmin dostunun rayondakı toyunu gedib başdan-ayağa təmənnasız oxumuşam. Bu dəfə uşağının məclisi idi. Toy varsa, bir gün əvvəl deyilməlidir. Mən də başqa bir toydayam. Necə mikrofonu yerə qoyum və gedim dəvətə? Bu səbəb deyil.
Yenə də Pərvizdən incimirəm. Onunla duet oxumamazlıq etmirəm. Neçə toy dəvəti olub, bizi birlikdə çağırıblar, Pərviz imtina edib.
Mən başqa bir şey bilmirəm. Pərvizin ayrılıq səbəbini də efirdən eşitdim".

Paylaş: