"Əgər belə cəsarətli idizsə, o vəzifədə olanda bu sözləri deyərdiz" - Səidə Sultan
Tarix: 27-09-2017, 13:26


Xəbər verdiyimiz kimi, ATV-nin prezidenti Vüqar Qaradağlı işdən çıxarılıb.
 
Bu hadisədən sonra bir çox tanınmış müğənni mətbuatda ATV rəhbərliyi haqda xoşagəlməz fikirlər səsləndirib.
 
ATV-də adı qadağa siyahısında olan müğənnilərdən biri Səidə Sultan məsələylə bağlıAZXEBER.COM-a açıqlama verib.
 
O Vüqar Qaradağlının ona qadağa qoymasının səbəbini də açıqlayıb: "Yıxılanı baltalayan çox olar. Vəzifə hər kəsə verildiyi kimi alına da bilər, bu tam normaldır. Mən ATV-də qadağada olan məşhur olsam da, o kanala qarşı heç vaxt şəxsi qərəzim olmayıb. İstəyirlər çağırsınlar, istəyirlər çağırmasınlar. Qadağanın səbəbi də nənəm ilə bağlı söhbət idi. Mən efirdə xoşagəlməz sözlər demişdim. O da olub keçib. "Maşın” şouda iştirak etmişəm. O zaman televiziya mənə qarşı jest edib,  o layihədə iştirakıma razılıq verdilər.  Ona görə də heç vaxt dava etmərəm və onların arxasınca danışmaram”
 
Səidə müğənnilərin Vüqar Qaradağlının ünvanına söylədikləri fikrə görə sərt tənqid edib: "Bu hadisə indi olmayıb ki, o müğənnilər həmin zaman çıxıb öz sözlərin deyərdilər də. İndi niyə görə danışırlar? Görürlər ki, Vüqar Qaradağlı işdən uzaqlaşıb, hamı ayağa qalxıb. Hər kəs məni çox yaxşı tanıyır ki, efirə görə kiməsə yaltaqlanan olmamışam.”
 
Səidə müğənnilərin TV rəhbərlərinin qohumlarının ev şənliyində pulsuz iştirakından da bəhs edib. "Bu hal tək ATV-də deyil. Bütün TV-lər də var. Hər ulduzun bir nazı olur. Bunun da belə qanunu var. Müğənnilərin işi onlardan keçir deyə gedib iştirak edirlər. Deyirlər ki, belədir xoşunuz gəlmirsə, efirə də çıxmayın


Paylaş: