"Türkiyədə açdığımız restoranda sərmayə itirdik"
Tarix: 30-11-2019, 11:14




Müğənni Niyam Salami yenə də küsülü olduğu həmkarı Samir Piriyevdən danışıb.
UlduzumSan.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Səhər-səhər" verilişində ötən yay qurduqları restoran biznesindən bəhs edib. O bildirib ki, Samir iş bacarmır:
"Türkiyədə açdığımız restoranda sərmayə itirdik. Ortağım iş bilmədi, alınmadı. Restoran işi mənim yemək hazırlamağımla bitmir. Ev qədər oranı sevməlisən. Müdir hər şeyin üstündə durmalıdır. Elə yeməklər edirəm ki... Allah vergisidir".
Qeyd edək ki, Samirlə Niyam Bodrumda restoran açmışdı. Onların biznesi batmış, ifaçılar arasında qalmaqal yaşanmışdı.

https://ok.ru/video/1496530946772​​​

Paylaş: