“Ulduz” filminin yenilənmiş versiyasının təqdimatı olacaq
Tarix: 29-11-2019, 09:41




Gələn il ölkəmizdə xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olmuş “Ulduz” filminin ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq.
Mədəniyyət Nazirliyindən Lent.az -a bildirilib ki, bu münasibətilə “Balans” milli rəqəmsal studiyası filmi bərpa edib.
Film 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarlar rol alıb.
Filminin yenilənmiş versiyası dekabrın 3-də Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq.
Ekran əsərinin nümayişinə giriş sərbəstdir.

Paylaş: