Dünyanın ən gözəl qadını 600 ağac əkməklə "günahını yumaq" istəyir
Tarix: 28-11-2019, 18:05



Riyazi baxımdan (üz proporsiyalarına görə) dünyanın ən gözəl qadını olan 23 yaşlı model Bella Hədid planetin ekologiyasına öz töhfəsini vermək qərarına gəlib. Daha doğrusu, model onun özünün vurduğu ziyanı kompensasiya etmək istəyir.

Dünyanın ən gözəl qadını 600 ağac əkməklə "günahını yumaq" istəyir - FOTO

Dünyanın ən gözəl qadını 600 ağac əkməklə "günahını yumaq" istəyir - FOTO

BiG.AZ-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, bu barədə o, şəxsi "İnstagram" səhifəsində yazıb.

Dünyanın ən gözəl qadını 600 ağac əkməklə "günahını yumaq" istəyir - FOTO

Ekoloji təşkilata bütün dünyada 600 ağac əkmək üçün böyük məbləğdə pul köçürən Bella bununla tez-tez etdiyi uçuşların əvəzini çıxmaq istəyir (məsələn, Nyu-Yorkdan Londona uçuş zamanı hər sərnişinə bir ton karbon qazı ixrac olunur):

"Son üç ayda etdiyim uçuşların hər birinə görə 20 ağac olmaqla 600 ağac əkmək üçün vəsait iyanə etmişəm. Yəqin ki, bunu azı ilin sonunadək davam etdirəcəyəm. Təəssüf edirəm ki, mənim işlərimin iqlim dəyişikliyinə və bütün dünyaya bu qədər təsiri var. Ana təbiətin sevgimizə ehtiyacı var".

Dünyanın ən gözəl qadını 600 ağac əkməklə "günahını yumaq" istəyir - FOTO

Bellanın sözlərinə görə, ağacların bir hissəsi meşə yanğınlarından ciddi zərər görmüş doğma Kaliforniyada və Amazoniyada əkiləcək. Ağacların bir neçəsini öz evinin önündə əkdirməyi planlaşdıran model qalanlarını dünyanın müxtəlif yerlərinə paylamağı düşünür.

"Kaliforniyada 129 milyon ağacın bərpasına ehtiyac var - 1.3 milyon akr əraziyə yanğın nəticəsində zərər dəyib... Təbiətin sevgiyə ehtiyacı olan digər məkanlar varsa, mənə bildirin - Afrika, Asiya, Şimali və Latın Amerikası - harda olur, olsun. Bu, çox həyəcanlı və maraqlıdır! Ağaclar nəfəs aldığımız hava, içdiyimiz sudur ... Bilirəm ki, mənim səylərim dəryada bir damladır, lakin hər uçuşda pəncərədən həm yaşıl meşələri, həm də köməyə ehtiycı olan qurumuş torpaqları görürəm", - deyə Hadid hislərini ifadə edib.

Dünyanın ən gözəl qadını 600 ağac əkməklə "günahını yumaq" istəyir - FOTO

Paylaş: